Ekspertlər Azərbaycanın bu kontekstdə İsrail və Türkiyə ilə hərbi əməkdaşlığının perspektivlərini qeyd edərkən, dünyanın boşalan hərbi bazarında ölkəmizin öz yerini tutması üçün hansı imkanları səfərbər etməsini də gözdən qaçırmayıb.
Bu istiqamətdə hafta.az-a açıqlam verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan dövləti hələ ikinci Qarabağ savaşına qədər də ordu quruculuğu ilə ciddi məşğul olub. O, Azərbaycan Ordusunun güclənərək işğalçı qüvvələri qısa zaman ərzində darmadağın edərək ərazi bütövlüyünü bərpa etməsi faktına diqət çəkib.
Ş.Ramaldanov Vətən Müharibəsində qələbə qazanan Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycan Ordusunu necə güclü ordular sırasına çıxarması ilə bağlı dediyi fikirləri bir daha önə çəkib. Onun sözlərinə görə, 2 il ərzində qısa zaman ərzində döyüşlər aparan Azərbaycan ordusu məhz beynəlxalq nüfuzlu təşkilatların qiymətləndirməsi nəticəsində 145 ölkə arasında 57 ci yerdə qərarlaşıb.
“Bu Azərbaycanın Ordu quruculuğunda göstərdiyi nəticələrin göstəricisidir. Bunu isə Azərbaycanın bugünkü iqtisadi potensialı təmin edib. Çünki yalnız iqtisadi güclü olan ölkənin güclü ordusu ola bilər. Cənab Prezidentin verdiyi tapşırıqlar əsasında Azərbaycan ordusunun məhz Türkiyə Ordusu modeli istiqamətində inkişaf etdirilməsi yönündə də böyük işlər aparılır. İslahatların döyüş təcrübəsindən irəli gələn təhlillər əsasında aparılması bu prosesin daha məqsədyönlü, keyfiyyətli olmasından xəbər verir”.
Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan prezidenti yerli jurnalistlər qarşısında verdiyi son müsahibəsində öz fikirlərini bütün istiqamətər üzrə aydın şəkildə söyləyib. O, Prezidentin Azərbaycan Ordusunun yol xəritəsi və inkişafı haqqında dediyi fikirlər sırasında son zamanlar yaranmış yeni komando hərbi hissələri və xüsusi təyinatlılarla bağlı məsələnin xüsusilə diqqət çəkdiyini qeyd edib.
“Bu islahatlar ancaq komando və xüsusi təyinatlılarda yox, həm də Azərbaycan Ordusunun ştat strukturunda, tədris müəssislərində, eləcə də Azərbaycan Ordusunun bütün istiqamətləri üzrə uğurla aparılır. Bunun nəticəsidir ki, Azərbaycan ordusu artıq qısa zamanda Cənubi Qafqazda ən güclü ordular sırasında olaraq müvəffəqiyyət qazanmışdır”.
Ekspert qeyd edib ki, Prezidentin Azərbaycan Ordusunu təmin edən və Azərbaycan ordusu ilə sıx təmasda olan Azərbaycanın Müdafiə Sənayesi haqqında dediyi fikirlər xüsusilə önəmlidir. Onun sözlərinə görə, bu gün geosiyasi arenada gedən proseslər fonunda Rusiya, NATO, digər aparıcı ölkələrin hərbi sənaye komplekslərinin məhz öz daxili təlabatlarını təmin etməyə yönəltməsinə diqqət çəkən Prezident dünyada silah bazarında olan boşluqlara da diqqət çəkib.
Ş.Ramaldanov qeyd edib ki, bu gün biz Azərbaycanın müdafiə sənayesində aparılan mühüm işləri, istifadə olunan müasir texnikaları, cihazları, yüksək potensiala malik, inkişaf etmiş hərbi sənaye komplekslərdə təcrübə qazanan heyətin Müdafiə Sənayesinin inkişafındakı əhəmiyyətini, rolunu nəzərə alsaq, eləcə də Türkiyə və İsrail kimi inkişaf etmiş hərbi sənaye kompleksləri ilə müştərək birgə projelərin olmasını əsas götürsək, Azərbaycan Müdafiə Sənayesinin silah bazarında tələb olunan müasir silah-sursatın ixrac coğrafiyasını genişləndirə biləcəyini deyə bilərik.
“Cənab prezident öz müsahibəsində bu gün Azərbaycan Müdafiə Sənayesinin artıq 30 –dan çox ölkə ilə müqavilələrin olmasını və Azərbaycanın hərbi təyinatlı məhsullarının ixrac olunması barədə məlumat vermişdir. Düşünürəm ki, bu mesajdan sonra Müdafiə Sənayesi Kompleksi silah bazarında yaranan boşluqdan istifadə edərək öz keyfiyyətli hərbi silah-suarsatları bazara çıxara bilər. Eləcə də Azərbaycan Müdafiə Sənayesində istehsal olunan hərbi təyinatlı mallara öz diqqətini artıra bilər. Azərbaycan Müdafiə Sənayesi 1000-dən artıq hərbi sursata aid istehsal imkanlarını genişləndirib”.
Ekspert bildirib ki, bu gün Azərbaycanın Hərbi Sənaye Kompleksi sırf Azərbaycan Prezidentinin, dövlətinin xüsusi diqqəti sahəsində öz inkişafını davam etdirərək, imkanlarını genişləndirib. Onun sözlərinə görə, son zamanlar verilən məlumatlara istinad etsək, Azərbaycan Müdafiə Sənayesi Türkiyədən alınmış ən müasir cihazlarla bağlı istehsala başlayıb. Ekspert qeyd edib ki, Azərbaycan silah bazarında olan boşluqdan çox məharətlə düzgün istifadə edir. Onun fikrincə, ölkəmizin İsrail, Türkiyə kimi inkişaf etmiş hərbi sənaye kompleksləri ilə birgə işlənib hazırlanmış hərbi təyinatlı sursatları bazara çıxarması Azərbaycanın silah bazarında nüfuzunun artması, ixrac bazarının genişlənməsinə gətirib çıxaracaqdır.